Dünya

Avropada koronavirus epidemiyası pik həddə yaxınlaşır - ÜST

31 Mart 2020 16:09
0 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus epidemiyasının stabilləşməsinin əlamətlərini qeydə alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Mayk Rayan deyib.

Onun sözlərinə görə, İtaliya və İspaniya koronavirusa yoluxmanın pik həddinə yaxınlaşır və bir sıra digər ölkələr tərəfindən tətbiq olunan sərt məhdudiyyətlər müsbət nəticələrini verməlidir.

M.Rayan əlavə edib ki, yeni qeydə alınan yoluxma halları iki həftə əvvəl baş verən yoluxmaların nəticəsidir:

"Bir çox ölkələrdə tətbiq olunan məhdudiyyətlər nəticəsində yoluxmalar yalnız məişət zəminində, ailə üzvləri arasında qeydə alınır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.