Dünya

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

31 Mart 2020 17:44
0 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Məşhəd şəhərinin İmam Rza xəstəxanasında yeni koronavirusa (COVID 19) yoluxmuş körpə dünyaya gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Məşhəd Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü doktor Əhməd Şah Fərhət deyib. Onun sözlərinə görə, körpəni dünyaya gətirən ana koronavirusa yoluxmaqda şübhəli bilinirdi. 900 qramlıq körpə dünyaya gəldikdən sonra analizlər götürülüb və nəticə pozitiv elan olunub.

Fərhət əlavə edib ki, indiyədək Məşhəddə koronavirusa yoluxmuş 4 ananın övladı dünyaya gəlib. 3 körpədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (30 mart) 41 495 nəfərin koronavirusa yoluxduğunu, 2 757 nəfərin öldüyünü, 13 911 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.