Dünya

Evdə qonaqlıq etməyin cəzası - İki ay ev dustaqlığı

1 Aprel 2020 07:14
0 Şərh     Baxış: 1 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirləri bir qədər də sərtləşdirib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, gecə evində qonaqlıq edən 4 nəfər polis tərəfindən həbs edilib.

İstanbulun Böyükçəkməcə bölgəsində keçirilən əyləncəli mərasimin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra polis hərəkərə keçib. Mərasimin təşkilatçısı olan Elif K. və saxlanılan başqa 3 nəfərə iki ay ev dustaqlığı cəzası kəsilib. Qonaqlığa qatılan 7 nəfər isə müxtəlif məbləğlərdə cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.