Dünya

ABŞ koronavirusa qarşı bu dərmanın istifadəsinə başlayır

31 Mart 2020 15:34
1 Şərh     Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ koronavirusun müalicəsində xlorheksidin tərkibli dərmanların istifadəsinə başlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) bu dərmanın bütün ölkədə apteklərə paylanılacağını açıqlayıb.

Bəzi mütəxəssislər isə dərmanın kəskin tənəffüs simptomlarını yüngülləşdirməyə və virusu təmizləməyə kömək etdiyi barədə məlumatların az olduğunu, geniş istifadə edildiyi təqdirdə əks təsirlərinin ölümcül ola biləcəyini iddia edirlər.

Xüsusilə ürək xəstəlikləri olan və ya depresssiya əleyhinə dərmanlar istifadə edənlərdə ölümcül nəticələr verə biləcəyi qeyd edilib.

"Hazırda başqa müalicə olmadığı üçün bu dərmanları koronavirusla mübarizə aparmaq üçün sınamağa dəyər. Digər ölkələrdə bu dərmanların koronavirusun müalicəsi üçün qəbulu və nəticələri müşahidə edilir", - deyə açıqlamada bildirilib.

ABŞ Prezidenti Donald Tramp da bu dərmanların koronavirusun müalicəsində faydalı olacağına inandığını deyib.

Qeyd edək ki, xlorheksidin koronavirusa qarşı ilk dəfə Fransa istifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.