Dünya

Bu gündən Gürcüstanda ictimai nəqliyyatın hərəkəti qadağan edilir

31 Mart 2020 08:02
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 31-dən başlayaraq Gürcüstanda metro və digər ictimai nəqliyyat vasitələri, avtobusların fəaliyyəti müvəqqəti dayandırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria martın 30-da keçirdiyi brifinqdə bildirib.

Baş Nazir deyib ki, martın 31-dən həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur.
Onun sözlərinə görə, taksilər də daxil olmaqla, yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Bu nəqliyyat vasitələrində arxa oturacaqda iki nəfər əyləşməklə yalnız üç nəfər ola bilər.

Qeyd edək ki, Gürcüstanda martın 31-də saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.