Dünya

Latviyada koronavirusa yoluxanların sayı 370-i ötüb

31 Mart 2020 08:58
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 29 nəfər artaraq 376-ya çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 313 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində 502 nəfərdən 29-nun analizinin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.