Dünya

Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb

31 Mart 2020 08:38
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada COVID-19 epidemiyasının pik dövrü başlayıb. COVID-19 virusu epidemiyasından xəstəxanalarda ölənlərin sayı 3 mini keçib ki, bunlardan 418-i son 24 saatda qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda ölkənin Səhiyyə naziri məlumat verib. Bildirib ki, xəstəxanalara 21 minə qədər xəstə yerləşdirilib, onlardan 5 min 56-ı reanimasiyadadır. Koronavirusa yoluxanların sayının 45 minə yaxın olduğu bildirilib.

Xəstəxanalara yerləşdirilən xəstələr əsasən tənəffüs problemləri olanlardır. Tibb işçiləri arasında 717 nəfər koronavirusa yoluxub.
Fransa Baş Naziri aprelin 15-dək vəziyyətin daha da çətin olacağı ilə bağlı əhalini xəbərdar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.