Dünya

“İspan qripi”ndən qurtulan qadın COVID-19 pandemiyasının qurbanı oldu - FOTO

31 Mart 2020 08:28
1 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən əsrdə "İspan qripi" pandemiyasından sağ çıxmağı bacaran britaniyalı Hilda Çörçil yeni növ koronavirus (COVID-19) pandemiyasının qurbanı olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Salford şəhərindəki qocalar evində yaşayan 108 yaşlı qadın COVID-19 infeksiyasına yoluxması təsdiqlənəndən 4 gün sonra - martın 28-də dünyasını dəyişib.

Dörd övladı, 11 nəvəsi, 12 nəticəsi, 3 kötücəsi olan Hilda Çörçil martın 29-da 109-cu doğum gününü qeyd etməyə hazırlaşırdı.

Qeyd edək ki, Hilda Çörçilin bacısı 1918-1920-ci illərdə dünyada təxminən 50 milyon adamın ölümünə səbəb olan "İspan qripi"nin qurbanı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.