Dünya

İtaliyada sutka ərzində koronavirusdan 812 nəfər ölüb

31 Mart 2020 07:15
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 812 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 11 min nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ötən sutka ərzində 1590 nəfər sağalıb, sağalanların ümumi sayı 14 620 nəfərə çatıb.

Bildirilir ki, hazırda koronavirusa yoluxanların sayı 75 528 nəfər təşkil edir, episemiya başlayan zamandan isə 101 739 yoluxma halı qeydə alınıb (ölənlər və sağalanlar da daxil olmaqla).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.