Dünya

Dünyada 693 mindən çox insan koronavirusa yoluxub

31 Mart 2020 07:05
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada martın 30-u üçün yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 693 224 nəfərə, ölənlərin sayı isə 33 106 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Hesabata əsasən, sutka ərzində yoluxma hallarının sayı 58 mindən çox, ölüm hallarının sayı isə 3 215 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 321 757 yoluxma və 23 962 ölüm halı. Avropa regionunda sutka ərzində 31 726 yoluxma halı, 2 535 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada martın 30-na olan məlumatlara əsasən, 142 081 yoluxma halı və 2 457 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 103 775 yoluxma və 3 649 ölüm halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.