Dünya

Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma olub

30 Mart 2020 22:40
0 Şərh     Baxış: 2 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Axalkalaki bölgəsində, "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasından olan deputat Enzel Mikoyanın evinin yaxınlığında qeydə alınıb.

Silahlı qarşıdurma E.Mikoyan ilə "Milli Hərəkat" partiyasının sabiq deputatı Samvel Petrosyan arasında olub. Hər iki şəxs bir-birinə tapançadan atəş açıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin dəqiq səbəbləri məlum olmasa da, insidentin siyasi amillərlə bağlı olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin "zorakılıq tətbiq etmə" və "qanunsuz silah gəzdirmə" maddələri ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.