Dünya

Tramp sosial distansiya saxlama üzrə federal sənədin qüvvədə olması müddətinin aprelin 30-dək uzadılmasını elan edib

30 Mart 2020 20:25
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, Ağ ev özünün sosial distansiya saxlama üzrə rəhbər sənədinin qüvvədə olması müddətini aprelin 30-dək uzadacaq. Bu, ABŞ-da koronavirusun yayılması ilə əlaqədar Ağ ev tərəfindən martın 16-da müəyyən edilən ilkin 15 günlük dövrdən bir ay çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident ABŞ-da koronavirus səbəbindən ölüm həddinin iki həftə ərzində pik nöqtəsinə çatacağı ehtimal olunduğunu bildirib.

Xatırladaq ki, ötən həftə Tramp aprelin 12-də qeyd olunacaq Pasxa bayramınadək ölkənin normal fəaliyyətə qayıdacağına ümidvar olduğunu bəyan etmişdi. Koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı artdığına görə, Trampın planları uğurla nəticələnmədi. Sosial distansiya saxlama üzrə federal sənədə əsasən, ştatlar birinci dərəcəli əhəmiyyəti olmayan xidmətlər göstərən müəssisələri müvəqqəti bağlamalıdırlar. Bu, ABŞ iqtisadiyyatına əhəmiyyətli dərəcədə ziyan vursa da, virusun daha geniş yayılmasının qarşısını alacaq.

Bazar günü Tramp Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupun çərşənbə axşamınadək əlavə məlumatları açıqlayacağını bəyan etmişdi. Ağ evin rəhbəri, həmçinin Amerikanın iyunun 1-dək "sağalma yolunda" olacağını da bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.