Dünya

Çində koronavirusun yayılması dayandı - Dünyaya bəyan etdi

30 Mart 2020 17:30
1 Şərh     Baxış: 2 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində koronavirus pandemiyasının yayılmasının böyük miqyasda qarşısı alınıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyasının mətbuat katibi Mi Fenq açıqlayıb.

O bildirib ki, 28 martdan bəri təsdiqlənmiş yoluxma faktı 3 mini keçməyib.

Komissiya rəsmisi başqa ölkələrdən Çinə gələnlərin yeni epidemiya dalğasına səbəb ola biləcəyini vurğulayıb.

Səlahiyyətli şəxslər Çinə xaricdən gələn koronavirus xəstəsi sayının 693-ə qalxdığını bildirir.

Son məlumatlara görə, Çində son 24 saat ərzində 31 yeni yoluxma faktı aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı 81 min 470-ə çatıb. Onlardan 3 min 304 nəfəri dünyasını dəyişib. 75 min 700 nəfər sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.