Dünya

Türkiyə koronavirusun müalicəsi üçün bu üsuldan istifadə edəcək

30 Mart 2020 15:00
0 Şərh     Baxış: 1 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə koronavirusun müalicəsində qanköçürmə üsulundan istifadə ediləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin İdarə heyətinin başçısı Kərəm Kınık qan köçürülməsinə başlanılacağını və reanimasiyada olanların xəstəlikdən sağalan insanların qan nümunələri ilə müalicə olunacaqlarını deyib.

Koronavirusla mübarizədə bir çox ölkələrin gündəmində olan "plazma müalicəsi" ilə bağlı əhəmiyyətli açıqlamalar verən Kınık "Koronavirusdan sağalmış, qanlarında iki həftə ərzində virus tapılmayan könüllü donorlarımızın plazmalarından istifadə edirik.

Əldə edilən immunoqlobulinlər reanimasiyaya yerləşdirilən, tənəffüs problemi olan və ağırlaşma riski daha da artan vətəndaşlarımız üçün müalicəvi xüsusiyyətə malikdir" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.