Dünya

Misirdə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb

29 Mart 2020 21:15
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə COVID-19 virusundan ölənlərin sayı 36 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son bir sutkada xəstəlikdən 6 nəfər dünyasını dəyişib. Onların biri İtaliya, qalanları Misir vətəndaşlarıdır.

Nazirliyin məlumatında bildirilib ki, martın 28-də ölkədə koronavirusa 40 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 576 nəfərə çatıb. Virusa yeni yoluxanlardan biri İordaniya vətəndaşı, digərləri yerli sakinlərdir. Eyni zamanda, ötən gün 6 xəstə sağalaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam sağalanların sayı 122 nəfərdir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed bildirib ki, hazırda ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Bundan başqa, Misirin 27 vilayətinin hər birində xüsusi xəstəxanalarda virusa yoluxanlar karantin şəraitində müalicə olunurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.