Dünya

Özbəkistanda sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artıb

29 Mart 2020 21:05
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artaraq 133 nəfərə çatıb. Bu, Özbəkistanda koronavirus epidemiyası başlayandan bəri sutka ərzində ən böyük rəqəmdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, indiyədək koronavirusdan 2 nəfər ölüb, yeddi nəfər sağalıb və onlar reabilitasiya mərkəzinə göndərilib. Virusa yoluxanların 19-na pnevmoniya diaqnozu qoyulub. Səkkiz xəstənin vəziyyəti ağır olaraq qalır.

Xatırladırıq ki, COVID-19 koronavirusuna yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.