Dünya

"Əgər buna riayət etməsək, qarşıdakı 4 həftə ərzində ölkədə epidemiyanın yayılması təhlükəsi böyükdür"

29 Mart 2020 19:20
0 Şərh     Baxış: 4 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirus pandemiyası çox ciddi təhlükəli həddə çatıb. Milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün məmur və sadə vətəndaşlar vəziyyətin ciddiliyini nəzərə almalıdırlar".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri Amiran Qamkrelidze söyləyib.

A.Qamkrelidze deyib: "Bizdən daha güclü iqtisadiyyata və səhiyyəyə malik olan Avropa ölkələrində də vəziyyət çox ağırdır. Biz hamımız bunu görürük və bundan bir nəticə çıxarmalıyıq. Epidemiya riski həqiqətən ölkəmizdə də mövcuddur. Təhlükə ciddidir, qarşıdakı 1 ay çox çətin olacaq. Buna görə də bu iki ayı evdə olmalıyıq. Səhiyyə Nazirliyinin və Gürcüstan hökumətinin tövsiyələrinə əməl etməliyik. Əgər buna riayət etməsək, qarşıdakı 4 həftə ərzində ölkədə epidemiyanın yayılması təhlükəsi böyükdür. Buna görə də hər kəsdən bir daha qaydalara əməl etməyi xahiş edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.