Dünya

"Şimali Koreya tərəfindən buraxılan raketin əlavə təhlilinə ehtiyac var"

29 Mart 2020 19:06
0 Şərh     Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 29-da Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində buraxılmış raket barədə məlumatların təhlilinə ehtiyac var.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri Taro Kono jurnalistlərə həmin hadisəni şərh edərkən bildirib. T.Kono söyləyib ki, hazırda hökumət Şimali Koreya tərəfindən buraxılmış obyekt barədə məlumatları təhlil edir və onun yaxın məsafəli ballistik raket olduğu güman edilir.

Nazir deyib ki, həmin obyekt Yaponiyaya məxsus iqtisadi zonadan kənarda dənizə düşüb. Cari ayda artıq dördüncü sınağı keçirən Pxenyan bununla beynəlxalq ictimaiyyəti təhdid edir.

Şimali Koreyada da yeni koronavirus infeksiyasının yayılması barədə xəbərlərin yer aldığını söyləyən T.Kono, bunun müəyyən nəticələrinin ola biləcəyini də bildirib.

Əlavə olaraq qeyd edək ki, Cənubi Koreyanın qərargah rəislərinin birləşmiş komitəsi martın 29-da səhər saatlarında Şimali Koreya ərazisindən Yapon dənizi istiqamətində reaktiv obyektin buraxıldığını təsdiq edib.

ABŞ hökumətinin yüksək vəzifəli rəsmisi isə, buraxılış barədə məlumatlı olduqlarını və vəziyyəti diqqətlə izləyərək, müttəfiqlərlə məsləhətləşmələr apardıqlarını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.