Dünya

Amerikalı alimlər: "Koronavirus çox ləng mutasiyaya uğrayır"

29 Mart 2020 16:03
0 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qrup amerikalı alim tərəfindən yeni növ SARS-CoV-2 koronavirusunun 8 fərqli ştammı təhlil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, koronavirusun çox kiçik sürətlə mutasiya etdiyi aydınlaşıb.

Qeyd olunur ki, SARS-CoV-2 koronavirusu qrip virusu ilə müqayisədə 10 dəfə daha ləng mutasiyaya uğrayır.

Alimlərin sözlərinə görə, bu fakt "Covid-19" infeksiyasına qarşı hazırlanan vaksinin onilliklər boyunca koronavirusdan qoruyacağına ümid yaradır.

Qeyd edək ki, bu günədək dünyada 680 minə yaxın şəxs koronavirusa yoluxub, 31 mindən çox şəxs virusun qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.