Dünya

Fransada keçmiş nazir koronavirusdan öldü - Qondarma "erməni soyqırımı"nın əsas təbliğatçılarından biri idi

29 Mart 2020 13:40
2 Şərh     Baxış: 2 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın keçmiş sənaye naziri Patrik Devecyan 75 yaşında koronavirusdan ölüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, məlumatı yerli hakimiyyət yayıb.

Bildirilib ki, bir həftə öncə Devecyan "Twitter" səhifəsində koronavirusa yoluxduğunu yazıb. O, ismarıcında həkimlərin yardımı ilə səhhətinin stabilləşdiyini vurğulayıb.

Qeyd edək ki, Patrik Devecyan Fransanın sabiq prezidenti Nikola Sarkozinin müşaviri olmuş və 2008-ci ildə qlobal iqtisadi böhrandan sonra Fransa iqtisadiyyatının bərpası planın hazırlanması ilə məşğul olan nazirlikdə nazir postuna təyin olunmuşdu. O ölümünə qədər Parisin Hauts-De-Seine administrativ rayonunun rəhbəri vəzifəsində çalışıb. Erməni əsilli siyasətçi qondarma "erməni soyqrımı"nın Fransada tanınması ilə bağlı əsas təbliğatçılardan biri olub.

Qeyd edək ki, Fransada 37 575 nəfər koronavirusa yoluxub, infeksiyadan 2 314 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.