Dünya

Özbəkistanın bütün aeroportları fəaliyyətini dayandıracaq

29 Mart 2020 16:13
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni koronavirus təhlükəsi ilə əlaqədar martın 30-dan aprelin 20-dək Özbəkistanın bütün hava limanları tam olaraq fəaliyyətini dayandıracaq.

AZƏRTAC Özbəkistan Hökuməti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, xarici ölkələrdən vətəndaşların gətirilməsi, Özbəkistandan isə əcnəbilərin öz ölkələrinə aparılması üçün çarter reysləri təşkil ediləcək.

Son məlumata görə, Özbəkistanda yeni koronavirusa yoluxanların sayı 104 nəfərdir.

Ölkədə 65 min 511 nəfər xəstəxana və ev şəraitində karantindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.