Dünya

İranda 35 günlük körpə koronavirusa yoluxdu

29 Mart 2020 12:51
0 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Qonabad rayonunda 35 günlük körpə koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Qonabad Tibb Elmləri Universitetinin rektoru Cavad Bazeli Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

C.Bazelinin sözlərinə görə, valideynləri körpədə tənəffüs sistemində simptomların olması ilə xəstəxanaya gətiriblər. Şübhəli vəziyyət olduğu üçün koronavirusla əlaqədar analiz götürülüb və nəticə pozitiv olub.

Bazeli əlavə edib ki, bu yaşda virusa yoluxma halı nadir hallardandır və körpənin vəziyyəti yaxşıdır.

İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (28 mart) 35 408 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 507 nəfərin öldüyünü və 11 679 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.