Dünya

Hindistanda koronavirusa yoluxanların sayı 979-a çatdı

29 Mart 2020 11:23
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda aşkar edilən koronavirus infeksiyasına yoluxma hallarının sayı son gündə 145 nəfərdə artaraq 979 təşkil etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyinin saytında xəbər verilib.

Şənbə günü səhər xəstələrin sayının 834 olduğu bildirilirdi. Nazirlikdən verilən məlumata görə, Hindistanda bu anda 867 xəstə müalicə olunur. Yoluxanların arasında - 48 xarici vətəndaş var. Ümumilikdə 87 nəfər sağalıb, 25-i nəfər ölüb.

Hindistanda koronavirusun yayılmasına qarşı ciddi tədbirlər görülür. Martın 23-də Baş nazir Narendra Modi bütün vilayətlərin və ərazilərin səlahiyyətlilərinə 14 aprel tarixinə qədər xüsusi rejimin qorunması tədbirlərinə ciddi riayət etmələri üçün göstərişlər verib. Vətəndaşlara heç bir yerə getməmək və evdən çıxmamaq tapşırılıb. Yeni Dehli, Mumbai, Kalkutta, Çennai və Banqalor da daxil olmaqla bütün şəhərlərə giriş bağlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.