Dünya

Türkiyədə koronavirus hüquq-mühafizə işçiləri arasında sürətlə yayılır

28 Mart 2020 12:46
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə koronavirus sürətlə yayılmaqda davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkədə artıq 15 polis işçisi virusa yoluxub.

Onlardan ikisi polis rəisidir.

Koronavirusa yoluxan polislərin 10-u İstanbul, digərləri isə Sakarya, İzmir, Samsun və Rizədə xidmət edənlərdir.

Öskürək, hərarət və halsızlıqla xəstəxanaya çatdırılan hüquq-mühafizə işçilərinin vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Türkiyədə 5698 nəfərin koronavirusa yoluxduğu qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.