Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

28 Mart 2020 08:33
0 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda koronavirus infeksiyasına yoluxanların sayı 83 nəfərə çatıb, 14 nəfər isə sağalaraq xəstəxanaları tərk edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə xəstəliyin monitorinqi üzrə xüsusi saytda bildirilib.

Bundan əvvəl ölkədə 81 yoluxma halının olduğu deyilirdi.

Məlumata görə, hazırda 4505 nəfər karantində saxlanılır, 247 nəfər isə nəzarət altındadır. Virusa yoluxanlar arasında beş uşaq və bir hamilə qadın da var. Onların səhhəti qənaətbəxş hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.