Dünya

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28 Mart 2020 07:15
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da koronavirusa yoluxanların sayı 100 min nəfəri keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu rəqəmləri federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti göstərib.

Məlumata əsasən, ölkədə 100,717 nəfər koronavirusa yoluxub, 1478 nəfər ölüb, 862 nəfər yoluxan şəxs sağalıb.

Daha əvvəl ABŞ Çin və İtaliyanı keçərək koronavirusa yoluxmuş insanların sayına görə dünyada birinci yerini tutub. Prezident Donald Tramp bu rəqəmləri yaxşı işləyən test sistemi ilə izah etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.