Dünya

Rusiyada koronavirusun yayılma sürəti aprelin sonunda və ya mayın əvvəlində azalacaq

27 Mart 2020 23:50
2 Şərh     Baxış: 4 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada koronavirusun yayılma sürəti aprelin sonunda və ya mayın əvvəlində azalacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko deyib. Onun sözlərinə görə, bu virusun yoluxma prinsipi digər kəskin respirator virus infeksiyalarına bənzəyir. Virus əsasən hava-damcı yolu ilə yoluxur və epidemioloji prosesin aktivliyi ilin isti aylarında xeyli azalır.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Voynoviç bütün təhlükəsizlik tədbirlərinə riayət etməklə virusdan qorunmağın mümkün olduğunu söyləyib. O deyib ki, yeni koronavirusdan da ağır xəstəliklər var və yalnız sanitar qaydalara riayət etməklə yeni pandemiyanın qarşısını almaq olar.

Qeyd edək ki, Rusiyada yeni koronavirusa 1036 yoluxma faxtı qeydə alınıb. Xəstələrin 703-ü Moskva sakindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.