Dünya

Rusiyada yaşayış binasında güclü yanğın: 6 nəfər öldü

27 Mart 2020 10:01
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yekaterinburq şəhərində 2 mərtəbəli təkgirişli taxta binada güclü yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib. 

Qeyd edilib ki, yanğın zamanı 10 nəfər sərbəst şəkildə evi tərk edə biliblər. 

Yanğın nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 6-sı ölüb.

Yanğının söndürülməsinə ümumilikdə 50 nəfər canlı qüvvə və 11 texnika cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.