Dünya

İsveçdə koronavirus səbəbindən 1,7 milyon insan işsiz qala bilər

27 Mart 2020 06:30
0 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus səbəbindən yaranan böhran səbəbindən İsveçdə 1,7 milyon vətəndaş işini itirə bilər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ölkənin Maliyyə naziri Maqdalena Andersson bildirib.

Nazirin sözlərinə görə, yaranmış böhran İsveç hökumətini mövcud vəziyyətə uyğun olaraq büdcədə dəyişiklər etməyə və qəti addımlar atmağa vadar edir. Belə ki, böhranın İsveç iqtisadiyyatına təsirini azaltmaq üçün əvvəlcədən atılmış addımlarla yanaşı, əlavə tədbirlər planı da hazırlanıb.

İsveç Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, son iki həftə ərzində ölkədə rekord sayda insan işdən çıxarılıb. Qurumun məlumatına əsasən, bu, ölkənin son maliyyə böhranı zamanı üzləşdiyi problemin miqyasından bir neçə dəfə çoxdur. Dövlət Məşğulluq Xidməti iddia edir ki, bu ilin martında ölkədə 18 min 397 nəfər işdən çıxarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5 dəfə çoxdur.

Maliyyə naziri Maqdalena Andersson yaranmış vəziyyətin Krallığın müasir tarixdə qarşılaşdığı ən dərin böhran olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.