Dünya

Koronavirus xəstəsi danışdı: Sanki su altındasınız, nəfəsiniz daralır

26 Mart 2020 19:04
0 Şərh     Baxış: 2 948

İtaliyada koronovirusa yoluxan və 17 gündür xəstəxanada müalicə alan 38 yaşlı Fausto Russo xəstəliyindən danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,  Russo heç bir xroniki xəstəliyinin olmadığını, siqaret çəkmədiyini, özünün də idman müəllimi olduğunu bildirib.

"Martın 5-də yüksək hərarətlə xəstəxanaya gəldim. 6 gün ərzində süni nəfəs aparatına bağlı qaldım. Qızdırmam bu həddə ən son 10 il əvvəl yüksəlmişdi. Virus ağciyərinizi elə bloklayır ki, sanki su altındasınız, nəfəsiniz çatmır. Düşünürəm ki, yetərincə sağlam olmasaydım, həyatımla çoxdan vidalaşmışdım".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.