Dünya

Özbəkistanda koronavirusla bağlı rəsmi portal yaradılıb

25 Mart 2020 21:16
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda koronavirusla bağlı rəsmi coronavirus.uz portalı yaradılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistanın Səhiyyə Nazirliyinin yaratdığı portalda ölkədə və dünyada koronavirusla bağlı son məlumatlar yer alacaq. Saytda oxucular, həmçinin həkimlərin bu virusdan qorunmaq ilə bağlı məsləhətləri ilə də tanış olacaqlar.

Bundan başqa, Səhiyyə Nazirliyi koronavirusla bağlı 1003 qısa nömrəli sorğu mərkəzi yaradıb. Sutka ərzində bu nömrəyə zəng edib müvafiq informasiyalar almaq olar. Adamlar bu nömrədən koronavirusla əlaqədar müalicədə olan və karantinə yerləşdirilən qohumlarının vəziyyətini öyrənə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.