Dünya

Ukraynada karantin dövrü aprelin 24-dək uzadılıb

25 Mart 2020 18:36
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Nazirlər Kabineti koronovirusla bağlı karantin dövrünü uzadıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nazirlər Kabineti bu gün keçirdiyi iclasında Ukraynada karantin dövrünü aprelin 24-dək uzadıb.

"Biz Ukraynada karantin və fövqəladə vəziyyəti daha 30 gün, aprelin 24-dək uzatdıq, ancaq bu müddət yenə də uzadıla bilər", - deyə Baş Nazir Denis Şmıqal deyib.

Qeyd edək ki, Ukraynada artıq 113 insan koronavirusa yoluxub. Ukraynanın 13 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 4 nəfər həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.