Dünya

Koronavirus xəstələri dəhlizdə, yerdə yataraq kömək gözləyirlər - İspaniyada çəkilən kadrlar dəhşətə gətirir - VİDEO

23 Mart 2020 12:29
10 Şərh     Baxış: 18 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyadakı xəstəxanaların birində çəkilən kadrlar dəhşətə gətirir.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, görüntülərdə koronavirusa yoluxan xəstələrin dəhlizdə, yerdə çarəsiz vəziyyətdə uzanması əks olunub. Onlar öskürərək həkimlərdən yardım gözləyirlər.

Qeyd edək ki, İspaniyada 30 minə yaxın insan koronavirusa yoluxub. 1813 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 339234 nəfər yoluxub. 14703 nəfər bu virusdan ölüb, 99014 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.