Dünya

Koronavirusdan təkcə yaşlılar ölmür - 18 yaşlı gənc də bu xəstəliyin qurbanı oldu

23 Mart 2020 13:14
1 Şərh     Baxış: 4 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada koronavirus pandemiyasına yoluxan 18 yaşlı gənc dünyasını dəyişib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Lakin açıqlamada gəncin xroniki xəstəliyin olub-olmadığı və kimliyi barədə detallı məlumata yer verilməyib.

Baş nazir Boris Conson koronavirusla mübarizə çərçivəsində verilən təlimatalara əhalinin biganə yanaşdığını, buna görə də pandemiyanın ölkə ərazisində sürətli şəkildə yayıla biləcəyini deyib. O, vətəndaşların öz aralarında 2 metrlik məsafə saxlamalarının zəruri olduğunu bildirib: "Epidemiyanın ciddiliyini anlayaraq bu tədbirlərə tam əməl etməliyik. Çünki bu tədbirlər həyati əhəmiyyət kəsb edir. Xəbərdarlıqlara baxmayaraq, sosial məsafəni pozan çəxslərə qarşı sərt cəzalar tətbiq etməli olacağıq".

Qeyd edək ki, bu günədək koronavirusun daha çox 60 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslərə yoluxduğu iddia edilirdi.

Xatırladaq ki, Böyük Britaniyada 5 min 683 nəfər koronavirusa yoluxub. 281 nəfər dünyasını dəyişib. 135 nəfərsə virusa qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.