Dünya

Gürcüstanda azərbaycanlılar və ermənilər arasında dava düşdü

21 Mart 2020 14:48
7 Şərh     Baxış: 2 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlılarla ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.

Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni sakin azərbaycanlı həmkəndlisi, fiziki imkanları məhdud şəxsə qarşı güc tətbiq edib.

Polis insidentlə bağlı araşdırma aparır.

Hazırda Xocernidə ümumi vəziyyətin sakit olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.