Dünya

Çin 16 ölkədən olan "qardaşlaşmış şəhər"lərə koronavirusla əlaqədar yardımlar göndərib

20 Mart 2020 15:15
0 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin müxtəlif vilayət və şəhərlərinin hökumətləri yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə 16 ölkədən olan "qardaşlaşmış şəhər"lərə yardımlar göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yardım göndərilən ölkələr arasında Cənubi Koreya, Yaponiya, İtaliya, Pakistan, Fransa, İsveçrə, Almaniya da var. Yardımlar tibbi ləvazimatlardan, o cümlədən maskalar, qoruyucu geyimlər, analiz üçün dəstlərdən ibarətdir. Bununla yanaşı, Çin müəssisələri Cənubi Koreya, İran və İtaliya kimi ölkələrdə yerli hakimiyyət orqanlarına, Qırmızı Xaç Cəmiyyəti və digər təşkilatlara epidemiyanın profilaktikası üçün lazımi vəsait hədiyyə ediblər.

Çin hərbçiləri isə İran Silahlı Qüvvələrinə tibbi ləvazimatlardan ibarət yardım göndəriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.