Dünya

İsrail xarici dövlətlərə marixuana satacaq

15 May 2020 17:44
2 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hökuməti narkotik bitki olan kannabsisin (marixuananın) ixracı ilə bağlı yekun qərarını elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki ki, qərara əsasən, marixuananın digər ölkələrə satılmasına icazə verilib.

Narkotik bitki ixracının ölkəyə yüz milyonlarla dollar gəlir gətirəcəyi gözlənilir.

Sərəncam İsrail İqtisadiyyat və Sənaye naziri Eli Koen tərəfindən imzalanıb.

Hazırda İsraildə marixuana becərilməsi ilə məşğul olan azı səkkiz şirkət mövcuddur.

Məlumat üçün qeyd edək ki, İsraildə marixuananın tibbi məqsədlər üçün istifadəsi 2017-ci ildən leqallaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.