Dünya

Kimsəsiz aeroportlar - Avropada koronavirus bəlası - FOTO

18 Mart 2020 15:57
0 Şərh     Baxış: 2 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin sonunda Çində başlayan koronavirus COVİD-19 epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb, bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 190 mini, ölənlərin sayı isə 7 mini keçib.

Epidemiya səbəbindən əksər ölkələrdə təlim-tədris dayandırılıb, muzeylər, teatrlar, kafe və restoranlar bağlanıb, mötəbər beynəlxalq tədbir və idman yarışları təxirə salınıb. COVİD-19-un bütün dünyada daha çox təsir etdiyi sahələrdən biri aviasiya sahəsidir.

Məsələn, koronavirusun tüğyan etdiyi İtaliya aeroportlarında işçi heyətin sayı azalıb, sərnişinlər isə, demək olar ki, yoxdur. Bu hal, eləcə də, İspaniya, Fransa, Almaniya və Hollandiyada müşahidə edilir.

Milli.Az Day.Az-a istinadən  koronavirus bəlası yaşayan hava limanlarının kimsəsizliyini əks etdirən fototəsvirləri oxuculara təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.