Dünya

Dominikan sərhədlərini bağladı

18 Mart 2020 15:08
1 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dominikan hakimiyyəti aprelə qədər respublikanın sərhədlərinin əcnəbilər üçün bağlanması barədə qərar qəbul edib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə respublikanın Prezidenti Danilo Medina bəyan edib.

Ölkə rəhbəri qeyd edib ki, quru, dəniz və hava sərhədləri yerli vaxtla səhər saat 6-dan növbəti 15 gün ərzində koronavirusun sürətlə yayılması təhlükəsi səbəbilə bağlanır.

Ölkədə, eləcə də kütləvi tədbirlər təxirə salınıb, restoranlar yalnız evlərə yemək çatdırılması ilə məşğul olur.

Son məlumata görə, Dominikanda 21 koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər bu virusdan ölüb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 190 mini, ölənlərin sayı isə 7 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.