Dünya

Koronavirus niyə İtaliyada belə sürətlə yayıldı?

18 Mart 2020 15:02
1 Şərh     Baxış: 10 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun İtaliyada sürətlə yayılması ilə bağlı araşdırma aparılıb.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, koronavirusdan ölüm sayına görə İtaliyanın Çindən sonra ikinci ölkə olmasının səbəbləri araşdırılıb.

Open Science Framework yazır ki, Oksford universitetinin araşdırmasına görə, buna səbəb İtaliya əhalisinin əksəriyyətinin yaşlılardan ibarət olmasıdır.

Məqalədə bildirilir ki, İtaliya dünyada əhalisinin çoxunun yaşlılardan ibarət olduğu tək-tük ölkələrdən biridir. Burada əhalinin 23 faizinin yaşı 65-dən yuxarıdır və onlar gənclərlə birlikdə yaşayırlar.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 198737 nəfər yoluxub. 7989 nəfər bu virusdan ölüb, 82779 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

İtaliyada bugünədək 2503 nəfər koronavirusdan dünyasını dəyişib.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.