Dünya

Angela Merkel hiddətlənir və xəbərdarlıq edir

18 Mart 2020 21:24
0 Şərh     Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən insanların məni anlayacağına ümid edirəm. Şagirdlər bir-biri ilə digər yerlərdə də görüşəcəksə, məktəbləri bağlamaq faydasızdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, AFR-in federal kansleri Angela Merkel bəzi əyləncə müəssisələrinin qapılarını müştərilərin, o cümlədən məktəb yaşında olanların üzünə açıq saxlamasından hiddətlənərək narazılığını ürəkağrısı ilə məhz belə ifadə edib.

Kansler vətəndaşları evdə oturmağa və kəskin ehtiyac olmadan heç bir yerə getməməyə çağırıb. O, almanları vətəndaş həmrəyliyə, şüurlu davranışa, koronavirusun yayılmasının qarşısını almaqda yardımçı olmağa səsləyib. Elan olunmuş məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi federal torpaqların və kommunaların üzərinə düşür.

Bununla yanaşı, Merkel nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə "ciddi nəzarət olunacağı" barədə də xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.