Dünya

Koronavirus məşhur aktyora baş nazirin xanımından yoluxubmuş - FOTO

18 Mart 2020 11:44
0 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor İdris Elba koronavirusa yoluxması barədə danışıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, aktyorun dediyinə görə, simptomlar özünü göstərmədən koronavirusu yoxlatdırmaq üçün analiz verib.

Aktyor virusa tanınmış şəxsdən yoluxduğunu söyləyib, amma həmin şəxsin adını açıqlamayıb.

"Çox şanslıyam ki, virusa yoluxduğumu lap əvvəldən, simptomlar özünü göstərməmiş öyrəndim. O vaxtdan bəri karantindəyəm".

Qeyd edək ki, o, virusa yoluxmazdan əvvəl sonuncu dəfə Kanadanın baş naziri Castin Tryüdonun xanımı Sofi və Formula 1 ulduzu Levis Hemiltonla birlikdə olub. Baş nazirin xanımında koronavirusun tapıldığı təsdiqlənib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.