Dünya

Moskvada ictimai nəqliyyat və metro bağlana bilər - SƏBƏB koronavirus

17 Mart 2020 19:40
0 Şərh     Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxanların sayının kəskin artması baş verərsə, Moskvada sərt tədbirlər həyata keçirilməsi nəzərdən keçirilir.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bununla belə konkret hansı saydan sonra paytaxtda karantin elan olunacağı açıqlanmır. Hazırda təkcə Moskvada koronavirusa yoluxanların sayı 53 nəfərdir.

Karantin olunacağı təqdirdə fəaliyyəti şəhərin həyati təchizatı ilə birbaşa əlaqəsi olmayan şəxslərin evdən işləmləri gözlənilir.

Bundan başqa, ticarət mərkəzləri, kafe və restoranların işinin məhdudlaşdırılması da nəzərdən keçirlir.

Moskvada virusa yoluxanların sayı həddən artıq çoxalarsa, ictimai nəqliyyat və metronun da işinin dayandırılması gözlənilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 180 mini, ölənlərin sayı isə 7 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.