Dünya

Bu gündən İngiltərədə milyonlarla insan evdən işləyəcək - Bomboş qalan London küçələri - FOTO

16 Mart 2020 12:07
2 Şərh     Baxış: 2 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən İngiltərədə milyonlarla insan evdən işləyəcək.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Britaniyada koronavirusun yoluxma riskinin azaldılması məqsədi ilə müvəqqəti olaraq distant iş rejiminə keçid edilib.

Qeyd edək ki, bu son gündə İngiltərəfə koronavirusdan ölənlərin sayının 35-ə çatması ilə əlaqədardır. Ölkə üzrə 1391 nəfər xəstəliyə yoluxub.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir. Azərbaycanda 23 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 1-i ölüb, 6 nəfər isə sağalıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.