Dünya

Özbəkistanda koronavirusa yoluxanların sayı 4-ə çatıb

16 Mart 2020 08:39
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda daha 3 nəfər COVİD-19 koronavirusuna yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat konfransından bildiriblər.

Bildirilir ki, daha əvvəl koronavirus aşkarlanan qadının oğlu və qızında da koronavirus aşkarlanıb. Bundan əlavə, martın 15-i İstanbuldan qayıdan Özbəkistan vətəndaşında da koronavirus aşkarlanıb.

Beləliklə, Özbəkistanda koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 140-dan çox ölkəsində 153 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5,7 min xəstə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.