Dünya

Özbəkistanda koronavirusa ilk yoluxma aşkarlandı

15 Mart 2020 15:10
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda koronavirusa ilk yoluxma aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, virus Fransadan qayıtmış Özbəkistan vətəndaşında qeydə alınıb.

Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Agentliyinfən bu barədə qeyd edilib.

Agentliyin məlumatına əsasən, virusa yoluxmuş şəxsin kontaktda olduğu şəxslər müəyyənləşdirilib və onların tibbi nəzarət altına alınması istiqamətində işlər aparılır.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yeni növ koronavirus yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun adını COVİD-19 olaraq müəyyənləşdirib. ÜST martın 11-də COVİD 19-u pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.