Dünya

İran parlamentinə 2-ci tur seçkilər təxirə salınıb

15 Mart 2020 12:22
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran parlamentinin 2-ci tur seçkiləri 21 avqustda keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

A.Kədxudayinin sözlərinə görə, Nəzarət Şurası ölkədə koronavirusun yayılmasına görə, İranın Daxili İşlər Nazirliyinin əlaqədar müraciəti ilə razılaşıb.

Kədxudayi parlament seçkilərinin 2-ci turunun 17 apreldə keçirilməsinin ləğv edildiyini deyib.

Qeyd edək ki, İranda 21 fevralda sayca 11-ci parlament seçkiləri keçirilib. Seçkilərdə ümumilikdə 24,5 milyon nəfər (42,5%) seçkilərdə iştirak edib. Parlament seçkilərində səsvermədə seçici hüququ olan 57,9 milyon nəfər vardı. Seçkilərdə mühafizəkarlar 223 deputatla qalib gəliblər. 15 dairədə namizədlər lazımi səsi toplaya bilmədikləri üçün 2-ci tur seçkilər 17 apreldə keçiriləcək. İranda 208 seçki dairəsində 54,6 min seçki məntəqəsi nəzərdə tutulmuşdu. İran parlamenti 290 deputatdan ibarətdir.

Əlavə edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.