Dünya

Yunanıstanda koronavirusa görə qaydaları pozan 45 nəfər həbs edilib

15 Mart 2020 09:59
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan hökumətinin koronavirusa qarşı mübarizə çərçivəsində müəyyənləşdirdiyi məhdudlaşdırıcı qaydaları pozan 45 nəfər həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polisin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, həbslər martın 12-dən 14-dək keçirilən reydlər zamanı qeydə alınıb.

Məlumata görə, bu müddət ərzində müvafiq qurumların qərarı ilə fəaliyyəti məhdudlaşdırılan müəssisələrin işinə müvəqqəti qadağa qoyulması ilə bağlı 43 pozuntu qeydə alınıb. 

Bunlar repetitorluq, kişi bərbərlik salonu, qadın gözəllik salonları, kafe və yeməkxanalar, elektronika mağazası və s. müəssisələrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.