Dünya

Mərakeş 21 ölkə ilə hava əlaqəsini dayandırır

15 Mart 2020 08:18
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeş hökuməti 21 ölkə, o cümlədən Yunanıstan, Norveç və Türkiyə ilə hava əlaqəsini dayandırmaq qərarına gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin XİN-dən xəbər verilib.

"Koronavirus yayılmasına qarşı qabaqlayıcı tədbirlər sırasında 21 ölkədən, o cümlədən Misir, Bəhreyn, BƏƏ, Yunanıstan, Norveç, İsveç, İsveçrə və Seneqal də daxil olmaqla, gediş-gəliş uçuşlarını dayandırmaq barədə qərar qəbul edilib", - məlumatda deyilir.

Daha əvvəl Mərakeş hakimiyyəti koronavirusla bağlı Almaniya, Hollandiya, Belçika və Portuqaliyadan gediş-gəlişi müvəqqəti olaraq dayandırıb.

"Əl-Cəzirə" telekanalı şənbə günü Mərakeşin Avadanlıq və Nəqliyyat Naziri Əbdül Əziz ar-Rabahın xarici səfərdən sonra koronavirusa yoluxduğunu bildirib.

Gənclər, Mədəniyyət və İdman Nazirliyi şənbə günündən etibarən Mərakeşin bütün təhsil müəssisələrində tədris prosesinin, eləcə də istənilən idman və mədəni tədbirlərin dayandırılması göstərişini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.