Dünya

İran-Pakistan sərhədi bağlandı

14 Mart 2020 17:54
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran və İraq arasında sərhəd gömrüyü bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, Pakistan ilk öncə İranın yük maşınlarının Pakistan ərazisinə keçə biləcəklərini elan etmişdi.

Lətifi əlavə edib ki, bu gündən İran yük maşınlarını qəbul etmir və yalnız Pakistanda qalan İran yük maşınlarının İrana qayıdışına icazə verir.

Gömrük rəsmisi bildirib ki, hazırda İranın Pakistanla sərhədində 900 yük maşını qalıb və onların əksəriyyətinin yükü neft-kimya, karbohidrogen və maye qaz məmulatlarıdır.

Xatırladaq ki, bundan öncə İran-Pakistan sərhədi piyadalar üçün də bağlanmışdı.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib. İranda yeni koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.